Yuxarı
    Bağlamaq

    Çində polis qoca piyadanı belinə alaraq onun yolu keçməsinə kömək edib - FOTO - VİDEO

    Bakı. 9 iyun. REPORT.AZ/ Çində polis əməkdaşı qoca piyadanı belinə alaraq onun yolu keçməsinə kömək edib.

    "Report" xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

    Məlumata görə, hadisə Sıçuan əyalətində baş verib. Müşahidə kameralarında qoca kişinin piyada keçidini keçmək istəməsi əks olunub. Lakin o, çox yavaş addımlayıb və işıqforların yaşıl işığı yananda qoca yolun ancaq yarısını qət edə bilib.

    Belə olduqda nizamlayıcı polis ona tərəf gəlib. O, qocanı belinə alaraq yolu keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi