Yuxarı

Çində məktəbli iki təyyarə oğurlayıb - FOTO - VİDEO

​Çində məktəbli iki təyyarə oğurlayıb

Çində 13 yaşlı oğlan kiçik mühərrikli iki təyyarə oğurlayıb.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri bildirib.

Qeyd edilir ki, məktəbli gecə səyahət bürosuna aid olan anqara soxulub və kiçik təyyarəyə oturub. O, bundan sonra təyyarəni işə salmağa çalışıb. Lakin hava maşınına idarəetməni itirib və təyyarə hasara çırpılıb. Oğru qəzadan sonra başqa təyyarəyə əyləşərək onu oğurlamağa qərar verib. Lakin o, avtodayanacaqda bir neçə dairə qət etdikdən sonra təyyarəni orda qoyaraq anqarı tərk edib.

Səyahət bürosunun əməkdaşları hadisə barədə yalnız səhər işə gəldikdə biliblər. Polis əməkdaşları yeniyetməni saxlayıb.

Büronun mühəndislərindən biri xatırlayıb ki, hadisədən bir gün əvvəl oğlan mühərrikin təmirini müşahidə edib. Yeniyetmə təyyarəni idarə etməyi bir neçə saat ərzində öyrənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi