Yuxarı

​Çində insanların durduğu dayanacaq yerin dibinə çöküb - VİDEO

Hadisə nəticəsində ölən olmayıb

Bakı. 28 Avqust. REPORT.AZ/ Çinin Heyluntsyan əyalətinin Harbin şəhərində bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, ictimai nəqliyyat dayanacağı orada duran insanlarla birgə yerin dibinə çöküb.

Videoda insanların necə bir anın içində yaranan yamaya düşdüyü aydın şəkildə görünür. Xoşbəxtlikdən çalaya düşən insanlardan heç biri həlak olmayıb. Beş nəfərin hamısı kiçik xəsarətlərlə ötüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi