Yuxarı

Çində ilk dəfə satış üçün pişik klonu yaradılıb

​Çində ilk dəfə satış üçün pişik klonu yaradılıb

Çinin "Sinogene" şirkəti ilk dəfə olaraq satış üçün pişiyi klonlaşdırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu şirkətin vitse-prezidenti Van İnina bəyan edib.

Məlum olub ki, klonlaşdırılan heyvanın sahibi, öz ev heyvanın xəstəlik səbəbindən ölümü ilə barışmayıb və buna görə şirkətə müraciət edib.

Qeyd olunub ki, klonun DNT-si ölən ev heyvanının DNT-si ilə eynidir. Lakin heyvanların bəzi xüsusiyyətləri fərqlənə bilər.

Bundan başqa ev heyvanını klonlaşdırmaq 250 min yuana (66 min manat) başa gəlir.

Xatırldaq ki, bir müddtə əvvəl Çinin "Sinogene" şirkəti yaxın vaxtlarda klonlaşdırılmış pişiklərin kütləvi ticarətinə başlayacağını bəyan etmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi