Çində hunların tarixinə həsr olunmuş dünyanın ilk muzey kompleksi açılıb

Çində hunların tarixinə həsr olunmuş dünyanın ilk muzey kompleksi açılıb Eksponatların çoxu Çinin şimal hissəsində mövcud olmuş xunnu xalqının dövlət quruluşları dövrünə aiddir
Maraqlı
8 Avqust , 2017 15:14
Çində hunların tarixinə həsr olunmuş dünyanın ilk muzey kompleksi açılıb

Bakı. 8 avqust. REPORT.AZ/ Çinin Hohhot şəhərində (Daxili Monqolustan muxtar rayonunun inzibati mərkəzi, Şimali Çin) hunların əcdadları sayılan qədim köçəri tayfaların tarixi haqqında dünyada ilk muzey kompleksi açılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, muzeydə Mərkəzi və Şərqi Asiyanın köçəri xalqlarının tarixində mühüm detalları izah edən bir çox arxeoloji tapıntılar və artefaktlar nümayiş olunur. Eksponatların çoxu Çinin şimal hissəsində mövcud olmuş və Çin hökmdarlarının uzun və yorucu müharibələr aparmağa məcbur olduğu xunnu xalqının (e.ə. III əsr - II əsr) dövlət quruluşları dövrünə aiddir. IV əsrdə Avropa ərazilərini fəth edən hunlar beynəlxalq tarixşünaslıqda bir qayda olaraq bu döyüşkən etnosun törəmələri hesab olunur.

Muzeyin binası Şimali Asiyanın bəzi xalqlarının ölülərini basdırmaq üçün istifadə etdiyi kurqan və ya türbə şəklində olan piramida formalı iki bitişik tikilidən ibarətdir.

Son xəbərlər

Orphus sistemi