Bakı. 23 noyabr. REPORT.AZ/ Çinin şimalında ev heyvanları üçün dünyanın ən böyük "klonlar fabriki" inşa ediləcək. Layihəyə 3 milyard yuan (470 milyon dollar) vəsait yatırılması planlaşdırılır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə obyektin yerləşəcəyi Tyantszin iqtisadi inkişaf zonasının inzibatçılığı öz rəsmi saytında məlumat verib.
"Klonlar fabriki" xidməti və dekorativ itlərin, meymunların, iribuynuzlu mal-qaranın və at cinslərinin yetişdiliməsilə məşğul olacaq.
Klonlaşdırma mərkəzi "Boyalife Group" korporasiyası tərəfindən inşa olunacaq. Mərkəzdə həmçinin genlər deposu və muzey yaradılması da planlaşdırılır.