Yuxarı
    Bağlamaq

    Çində ən böyük çətir təqdim olunub

    Konstruksiyanın diametri 23 m, hündürlüyü 14,4 m, çəkisi isə 5,7 ton təşkil edir

    Bakı. 5 avqust. REPORT.AZ/ Çinin Tszyansi əyalətində dünyada ən böyük çətir nümayiş olunub. Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir. Konstruksiyanın diametri 23 m, hündürlüyü 14,4 m, çəkisi isə 5,7 ton təşkil edir.

    Təqdimatda Ginnesin Rekordlar Kitabının nümayəndələri iştirak edib və yeni nailiyyəti qeydə alıblar. Konstruksiyanın müəllifi çətir istehsalçılarından biridir. 

    Əvvəlki rekord 2010-cu ildə Hindistanda qeydə alınıb. Hind çətirinin diametri 17,06 m, hündürlüyü 10,97 m təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi