Çində dünyanın ən uzun şüşə körpüsü tikilib

Çində dünyanın ən uzun şüşə körpüsü tikilib Bakı. 22 dekabr. REPORT.AZ/Çinin Xebey əyalətində yeni ən uzun şüşə körpünün tikintisi başa çatıb.
Maraqlı
22 Dekabr , 2017 07:42
Çində dünyanın ən uzun şüşə körpüsü tikilib

Bakı. 22 dekabr. REPORT.AZ/Çinin Xebey əyalətində yeni ən uzun şüşə körpünün tikintisi başa çatıb.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, o, artıq qarşıdan gələn bazar günü turistlərin üzünə açıq olacaq.

"China Daily" qəzetinin məlumatına görə, körpünün uzunluğu 488, eni 2 metrdir.

O, Xunyaqu mənzərəli rayonunda, Şiszyaçjuan şəhərinin ətrafında yerləşir və iki şaquli qayanı birləşdirir. Körpünün qurulmasında 1077 şəffaf şüşə panelindən istifadə edilib. Arxitektura obyektinin ümumi çəkisi 70 tondur.

Körpü elə qurulub ki, ziyarətçilər onun mərkəzinə keçəndə o, yellənir. Amma buna baxmayaraq ki, konstruksiya 2 minə qədər insanın ağırlığına dözümlüdür. Körpüyə eyni zamanda 500-ə qədər insan daxil ola biləcək. 

Son xəbərlər

Orphus sistemi