​Çində dağa bənzər binanın üzərində meşə yaradacaqlar

​Çində dağa bənzər binanın üzərində meşə yaradacaqlar Şanxayda tikiləcək bina 2018-ci ildə hazır olmalıdır
Maraqlı
24 Dekabr , 2015 05:24
​Çində dağa bənzər binanın üzərində meşə yaradacaqlar

Bakı. 24 dekabr. REPORT.AZ/ Britaniyada Tomas Xizervikə məxsus "Heatherwick Studio" memarlıq bürosu yeni konsepsiya hazırlayıb. Konsepsiyaya əsasən, 24 mln. əhalisi olan və iri meqapolis hesab edilən Şanxayda dağ formasında bina tikiləcək. Binanın üstü bütünlüklə ağaclarla örtüləcək.

"Report"un memarlar üçün buraxılan "The Architects Journal" dərgisinə istinadən verdiyi xəbərə görə, "Heatherwick Studio"da bu tikilini bina deyil, Şanxay topoqrafiyasının bir hissəsi hesab edirlər.

Binanın yerləşəcəyi "Moganshan" adlanan yeni məhəllədə ofislər, mağazalar, yaşayış binaları və bir məktəb fəaliyyət göstərəcək. "Moganshan" 2018-cı ilədək hazır olmalıdır. 

Son xəbərlər

Orphus sistemi