Çində cərrah xəstədən 3000 kilometr məsafədə ilk beyin əməliyyatı keçirib - VİDEO - FOTO

Çində cərrah xəstədən 3000 kilometr məsafədə ilk beyin əməliyyatı keçirib - VİDEO - FOTO Çində cərrah ilk dəfə xəstədən 3000 kilometr məsafədə beyin əməliyyatı keçirib.
Maraqlı
19 Mart , 2019 00:49
Çində cərrah xəstədən 3000 kilometr məsafədə ilk beyin əməliyyatı keçirib - VİDEO - FOTO

Çində cərrah ilk dəfə xəstədən 3000 kilometr məsafədə beyin əməliyyatı keçirib.

"Report" xəbər verir ki, bu barədə "China Global Television Network" bildirib.

Qeyd edilir ki, əməliyyat təxminən üç saat davam edib. Həkim Linq Jipey videoəlaqə ilə xəstənin əməliyyat palatasında qurulmuş monitora qoşulub.

Cərrah mobil telefondan internet şəbəkəsi kimi istifadə edərək prosesi onlayn idarə edib.

"5G şəbəkəsi distans idarədən təsvirin və ya ləngimənin dayanmalarından qaçmağa icazə verdi", - deyə o bildirib.

Əməliyyat müvəffəqiyyətlə başa çatıb. Pasiyent tez oyanıb. O, bildirib ki, özünü yaxşı hiss edir.

Son xəbərlər

Orphus sistemi