Çində canavar böyüklükdə susamurunun qalıqları tapılıb

Çində canavar böyüklükdə susamurunun qalıqları tapılıb Nəhəng canlının çəkisi 50 kq, uzunluğu isə 2 metrə yaxın olub
Maraqlı
24 Yanvar , 2017 22:27
Çində canavar böyüklükdə susamurunun qalıqları tapılıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Çinin cənub-qərbində aparılan qazıntılar zamanı ölçüsü canavar boyda olan susamurunun qalıqları tapılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, alimlərin fikrincə, bu canlılar isti, rütubətli bataqlıq ərazidə 6 milyon il bundan əvvəl yaşayıblar.

"Siamogale melilutra" adlandırılan nəhəng susamurunun çəkisi təqribən 50 kq, uzunluğu isə 2 metrə yaxın olub.

Yəni sözügedən canlı hazırda ən böyük hesab edilən susamurundan olduqca böyük olub. Məsələn, nəhəng Amerika susamurunun 32 kq-a yaxın çəkisi olur.

Tapılan qalıqlar bu heyvanın güclü çənəyə və böyük köklü dişlərə malik olduğunu göstərir.

Son xəbərlər

Orphus sistemi