​Çində 4 min il yaşı olan 300 artefakt aşkar edilib

​Çində 4 min il yaşı olan 300 artefakt aşkar edilib Bu ərazidə qazıntı işlərinə 2013-cü ildə başlanılıb
Maraqlı
30 Noyabr , 2015 19:53
​Çində 4 min il yaşı olan 300 artefakt aşkar edilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Arxeoloqlar Çinin şimal-qərbində 4 min ilə yaxın yaşı olan 300 qədim tarixi tapıntı (artefakt) aşkarlayıblar.

"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

Arxeoloji qrupun başçısı Van Syoyan deyib ki, artefaktlar ölkənin Ninsya-Hyey ərazisində Bəyyuan qazıntısında aşkarlanıb. 

Məlumata görə, alimlər 800 kv. metrlikm sahəni araşdırıblar. Qazıntı yerindən gildən hazırlanmış dibçək, fincan, bıçaq, dəmir balta, molyusklardan düzəldilən müxtəlif bəzək əşyaları aşkar edilib.

Xəbərdə bildirlib ki, arxeoloji qaz;ntı işləri aparılan Bəyyuanın ümumi sahəsi 25 min kv. metrdir. Bu ərazidə qazıntı işlərinə 2013-cü ildə başlanılıb. 

Son xəbərlər

Orphus sistemi