Çində 17 aydır hamilə olan qadın Ginnesin Rekordlar Kitabına düşüb

Çində 17 aydır hamilə olan qadın Ginnesin Rekordlar Kitabına düşüb Van Şini hamiləliyin 18-ci ayında qeysəriyyə əməliyyatı olunacaq
Maraqlı
18 Avqust , 2016 14:53
Çində 17 aydır hamilə olan qadın Ginnesin Rekordlar Kitabına düşüb

Bakı. 18 avqust. REPORT.AZ/ Çinin Hunan əyalətində 17 aydır hamilə olan qadın Ginnesin Rekordlar Kitabına düşüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Van Şi adlı qadın ötən ilin fevral ayında hamilə qalıb.

Həkimlər uşağın dünyaya gəlməsini 2015-ci il noyabr ayının 15-nə gözləsələr də, doğum gözlənilən vaxt olmayıb. Hər 10 gündən bir müayinəyə gedən qadına həkimlər qeysəriyyə əməliyyatı məsləhət görüb. Hamiləliyin 14-cü ayı olsa da, uşaq kifayət qədər inkişaf etmədiyi üçün qeysəriyyə əməliyyatı təhlükəli hesab olunub.

Həkimlər ilk dəfə qarşılaşdığı uzun müddətli hamiləliyin səbəbini izah edə bilməyiblər.

Məlumata görə, hamilə Van Şinin vəziyyəti yaxşıdır. O, hamiləliyin 18-ci ayında qeysəriyyə əməliyyatı olunacaq.

Son xəbərlər

Orphus sistemi