Yuxarı
    Bağlamaq

    ​Çin siqaret çəkilməsinə qarşı mübarizəni sərtləşdirir

    Ölkədə 300 milyondan çox nikotinoman var

    Bakı.11 dekabr. REPORT.AZ/ Çin Xalq Respublikasının Səhiyyə və Doğumun planlaşdırılması üzrə Dövlət Komitəsi siqaret çəkilməsinə qarşı mübarizə çərçivəsində tənbəki məhsullarının qiymətini qaldırmaq niyyətindədir.

    "Report" "TASS"a istinadən xəbər verir ki, bu, Çində pis vərdişə qarşı mübarizədə ilk cəhddir. 2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının antitənbəki məhsulları haqda çərçivə konvensiyası ölkənin uyğun qurumu tərəfindən təsdiqlənib. Bundan sonra bütün ölkə üzrə siqaretin reklamı, avtomatlarda siqaretin satışı, yeni tənbəki fabriklərinin tikintisi qadağan edilib.

    Hakimiyyət ictimai yerlərdə də siqaret çəkilməsini yasaqlamağı planlaşdırır.

    Çin dünyada ən çox siqaret çəkilən dövlətdir. Ölkədə 300 milyon siqaret çəkən var. 740 milyondan çox ölkə sakini isə passıv siqaret çəkən sayılır. Tənbəki məhsullarının yaratdığı xəstəliklər ucbatından hər il Çində 1,37 milyona yaxın insan ölür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi