​Çin "inqilabının atası"nı təhqir edən teleaprıcı işdən uzaqlaşdırılıb

​Çin "inqilabının atası"nı təhqir edən teleaprıcı işdən uzaqlaşdırılıb O, şam yeməyində Mao Tszedunun ünvanına "təhqiredici" ifadələr işlədib
Maraqlı
9 Aprel , 2015 12:31
​Çin inqilabının atasını təhqir edən teleaprıcı işdən uzaqlaşdırılıb

Bakı. 9 aprel. REPORT.AZ/ Çində tanınmış televiziyalardan birinin - "ÇÇTV"nin aparıcısı Bi Futszyan ölkənin "əbədi lideri" Mao Tszeduna qarşı senzuradan kənar ifadələr işlətdiyi üçün işdən uzaqlaşdırılıb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Xəbərdə bildirilib ki, teleaparıcı şam yeməyində Mao Tszedunun ünvanına "təhqiredici" ifadələr işlədib və bu götüntüyə alınaraq internetdə yayılıb. Bundan sonra o, efirdən uzaqlaşdırılıb və "şəxsi işi" araşdırılmağa başlanılıb.

Məlumatda bildirlib ki, şəxsi şam yeməyi zamanı 56 yaşlı teleaparıcı Pekin operasının inqilab haqqında mahısını ifa edərkən, "inqilab-atası"nın, Mao Tszedunun ünvanına "ədəbsiz" sözlər işlədib. 75 saniyəlik bu video-çarx internetdə yayılıb.

Xəbərə əsasən, teleaparıcının efir proqramı bazar gününədək dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi