Yuxarı

​Çin dahi rəhbərinin heykəlinin sökülməsinin səbəbi açıqlanıb

Mao Tszedunun hakimiyyəti dövründə Henan əyalətində əhali aclıqdan əziyyət çəkib

Bakı. 9 yanvar. REPORT.AZ/ Çin Xalq Respublikasının dahi rəhbəri Mao Tszedunun 37 metrlik qızıl su çəkilən heykəli qanunsuz olaraq tikildiyi üçün sökülüb.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Heykəl ölkənin Henan əyalətinin Tunsyuy qəsəbəsində yerli iş adamlarının maliyyə vəsaiti hesabına tikilib. Heykəlin tikintisinə 460 min dollar xərclənib.

Sosial şəbəkədə heykəlin uyğun yerdə qoyulmadığı haqda məlumatlar yayılıb. Çünki 1950-ci illərdə, Mao Tszedunun hakimiyyəti dövründə Henan əyalətində əhali aclıqdan əziyyət çəkib.

Çində məmurlar onu bildirib ki, bu heykələ sərf edilən pul təhsilə xərclənsəydi xeyri daha çox olardı.

Qeyd edək ki, Mao Tszedun Çin Xalq Respublikasının dövlət başçısı olub. O, 1949-cu ildən 1976-cı ilədək ölkəyə rəhbərlik edib. 1976-cı ildə 83 yaşında ölüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi