Yuxarı
    Bağlamaq

    Çin, ABŞ və Çili astronomları 6 yeni qalaktika kəşf edib

    Kəşf ulduzların yaranma prosesinin öyrənilməsinin əsasını qoya bilər

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Çinin Elmi-Texnoloji Universitetinin professoru Van Tsunsyanın başçılıq etdiyi Çin, ABŞ və Çilidən olan bir qrup alim kosmosda Böyük Partlayışdan sonra 550-800 milyon il ərzində formalaşan 6 yeni qalaktika kəşf edib.

    “Report” xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

    Astronomların qənaətincə, bu kəşf reonizasiya dövrünə aid qalaktikaların müşahidələri sahəsində irəliləyiş olub. Bundan əlavə, kəşf ulduzların yaranma prosesinin öyrənilməsinin də əsasını qoya bilər.

    Bu ilin iyulunda bir qrup hindistanlı astronom kainatda ən böyük qalaktikaların yığışmasını aşkarlayıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi