Yuxarı

​Cənubi Koreyada taksilərə qoruyucu şüşə taxılacaq

Sürücüsü qadın olan təxminən 35 taksiyə xüsusi vəsitədən hazırlanmış qoruyucu şüşə taxılıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Cənubi Koreyada qadın taksi sürücülərinin avtomobilinə xüsusi qoruyucu şüşə taxılacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, artıq Seul şəhər bələdiyyəsinin sürücüsü qadın olan təxminən 35 taksiyə xüsusi vəsitədən hazırlanmış qoruyucu şüşə taxdığı bildirilib.

Xərcinin 250 min von (təxminən 250 dollar) olduğu bildirilən şüşələrin çox qüvvətli çəkic zərbələrinə qarşı belə dayanıqlı olan PC-dən hazırlandığı və sürücüyə edilən hər hansı bir hücuma qarşı qoruma məqsədilə taxıldığı qeyd edilib.

Bələdiyyənin yaxın zamanlarda cəmiyyətin reaksiyalarını da nəzərə alaraq, bütün taksilərə qoruyucu şüşələr taxacağı ifadə edilib. Bu cür qoruma şüşələrinin xüsusilə qadın taksicilər tərəfindən müsbət qarşılanacağı ehtimal edilir.

Qeyd edək ki, təhlükəsizliklə əlaqədar problemlərin çox sıx yaşanmadığı Cənubi Koreyada taksi və avtobus sürücülərinin bəzən içkili vətəndaşların hücumuna uğrayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi