Yuxarı

​Cənubi Koreya KİV-i Kim Çen Inın qardaşını axtarır

Ehtimal edilir ki, o, Londondan Moskvaya, oradan Pekinə, Çindən isə vətəninə uçub

Bakı. 23 may. REPORT.AZ/ Cənubi Koreya KİV-i Şimali Koreyanın lideri Kim Çen Inın qardaşı Kim Çen Çxolun qaldığı yeri axtarır.

"Report" xəbər verir ki, bu haqda "Renxap" məlumat yayıb.

Xəbərə görə, Kim Çen Inın qardaşı bu il mayın 20-də Londonda britaniyalı musiqiçi Erik Kleptonun konsertində görünüb. Səhəri gün o, yenidən həmin gitaraçının konsertinə gedib. Xəbərə görə, KİV təmsilçiləri bundan sonra onun izini itiriblər.

Ehtimal edilir ki, o, Londondan Moskvaya, oradan Pekinə, Çindən isə vətəninə uçub.

KİV-in məlumatına əsasən, Kim Çen Çxol London - Moskva reysində qeydiyyatdan keçməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi