Ceki Çanın oğlu 6 ay həbs cəzasına məhkum edilib

Ceki Çanın oğlu 6 ay həbs cəzasına məhkum edilib Ceysi Çan narkotik saxladığına görə məhkum olunub
Maraqlı
9 Yanvar , 2015 10:04
Ceki Çanın oğlu 6 ay həbs cəzasına məhkum edilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Pekin məhkəməsi məşhur aktyor Ceki Çanın oğlu Ceysi Çana 6 ay müddətinə həbs cəzasına verib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Dekabr ayında prokurorluq 32 yaşlı Ceysi Çanı narkotik saxlamaqda  ittiham edib. Məhkəmə 1,5 saatdan az davam edib.

Fan Tszumin adı ilə də tanınan Ceysi Çan sentyabr ayında Pekində dostu, məşhur Tayvan aktyoru Ke Çjendunla birgə saxlanılıb. Saxlanılan şəxslərin keçdiyi narkotik testi müsbət nəticələnib. Həbs olunduqdan sonra polis Ceysinin mənzilində axtarış aparıb və oradan 100 qram marixuana aşkar edərək götürüb.    

Son xəbərlər

Orphus sistemi