Caz müğənnisi Nensi Hollouey vəfat edib

Caz müğənnisi Nensi Hollouey vəfat edib Ötən əsrin 60-cı illərində məşhur olmuş Amerika caz müğənnisi Nensi Hollouey (Braun) Parisdə vəfat edib
Maraqlı
29 Avqust , 2019 01:05
Caz müğənnisi Nensi Hollouey vəfat edib

Ötən əsrin 60-cı illərində məşhur olmuş Amerika caz müğənnisi Nensi Hollouey (Braun) Parisdə vəfat edib

Bu barədə "Report" AP-yə istinadən xəbər verir.

Məlumata görə, o, 86 yaşında, evində ölüb. Müğənni 2008-ci ildə səhhətindəki problemlərə görə səhnədən gedib.

Qeyd edək ki, o, karyerasına Klivlenddə, rəqqasə kimi başlayıb. Lakin 1960-cı ildə Parisə gələrək musiqişünaslıqla ilə məşğul olub.

Nensi Hollouey 5 albom buraxdırıb və 9 filmə çəkilib.

Son xəbərlər

Orphus sistemi