​Canlı efirdə qarət "YouTube"da hitə çevrilib - VİDEO

​Canlı efirdə qarət "YouTube"da hitə çevrilib - VİDEO Bir həftəyə çarxa 7 milyon dəfə baxılıb
Maraqlı
28 İyul , 2015 06:49
​Canlı efirdə qarət YouTubeda hitə çevrilib - VİDEO

Bakı. 28 iyul. REPORT.AZ/ Argentinanın paytaxtı Buenos-Ayres şəhərində hərəkət edən velosipedçiyə motosikl idarə edən qarətçi yaxınlaşaraq tapança göstərib və çantasını ona verməyi tələb edib.

"Report" xəbər verir ki, velosipedçi ona məhəl qoymayaraq yoluna davam etmək istəyib, lakin qarətçi onun yolunu kəsib. Bu zaman kişi velosipedi atıb və qaçaraq özünü xilas edib. Qarətin şahidi olan insanlar sonra velosipedi ona qaytarıblar.

Bütün baş verənləri zərərçəkənin şlemində yerləşdirilmiş videokamera qeydə alıb. Bir həftəyə çarxa 7 milyon dəfə baxılıb.

Son xəbərlər

Orphus sistemi