​Çanaqqala şəhidinin "Quran" kitabı nazirə hədiyyə edilib

​Çanaqqala şəhidinin "Quran" kitabı nazirə hədiyyə edilib ""Qurani-Kərim" Çanaqqala mücadiləsi ruhunu formalaşdıran bir mədəniyyət ruhudur"
Maraqlı
27 Aprel , 2015 16:57
​Çanaqqala şəhidinin Quran kitabı nazirə hədiyyə edilib

Bakı. 27 aprel. REPORT.AZ/ Çanaqqala savaşında şəhid olmuş Arabaçı Məhəmmədin evlənərkən həyat yoldaşına hədiyyə olaraq aldığı "Qurani-Kərim" kitabını nəvəsi Ayşə Berrin Türkiyənin səhiyyə naziri Mehmet Müzəffəroğluna bağışlayıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

"Allah bu milləti "Quran" və bayraqdan ayırmasın. "Qurani-Kərim" Çanaqqala mücadiləsi ruhunu formalaşdıran bir mədəniyyət ruhudur", - Hakim Ədalət və İnkişaf Partiyasının Girgin rayonu (Çanaqqala) qadın təşkilatının məsulu Ayşə Berrin hədiyyəni nazirə təqdim edərkən deyib.

Ayşə Berrin əlavə edib ki, "o vaxtlar" gənc qızlar evlənəndə "Quran" kitabı hədiyyə edilərdi: "Babam da nənəmə "Quran" kitabını cehiz olaraq alıb. Babam Arabaçı Məhəmməd Balkan savaşından qayıdıb, bir neçə gün evdə qaldıqdan sonra 1915-ci ildə Çanaqqalada 57-ci alayın tərkibində döyüşdə şəhid olub".  

Son xəbərlər

Orphus sistemi