​Çamadanda Türkiyəyə adam keçirtmək istəyən şəxs yaxalanıb

​Çamadanda Türkiyəyə adam keçirtmək istəyən şəxs yaxalanıb Saxlanılan şəxs Gürcüstan vətəndaşıdır
Maraqlı
24 Mart , 2015 22:41
​Çamadanda Türkiyəyə adam keçirtmək istəyən şəxs yaxalanıb

Bakı. 24 mart. REPORT.AZ/ Türkiyədə çamadan ilə ölkə ərazisinə adam keçirtmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yoxlama zamanı Gürcüstandan olan sərnişinin çamadanı Türkiyə gömrükçülərinə şübhəli gəlib.

Baxış zamanı onun içərisindən Türkiyə ərazisinə girişi qadağan edilən 22 yaşlı qız çıxıb. O, bu şəkildə qonşu ölkəyə keçməyə cəhd göstərib.

Son xəbərlər

Orphus sistemi