Yuxarı

Keniya meymuna görə tamamilə işıqsız qalıb

Elektrik enerjisinin verilməsinin bərpasına bir neçə saat tələb olunub

Bakı. 8 iyun. REPORT.AZ/ Bütün Keniyada elektrikin kəsilməsinin səbəbkarı hidroelektrik stansiyasına girən və transformatorun üzərinə düşən meymun olub. 

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. 

Elektrik stansiyasının operator şirkətinin məlumatına görə, nəticədə transformator sönüb, bu da 180 meqavatt gücün itirilməsinə və zəncirvari reaksiyanın yaranmasına gətirib çıxarıb.

Elektrik enerjisinin verilməsinin bərpasına bir neçə saat tələb olunub. Meymun ciddi xəsarət almayıb. 

Keniyada elektrik enerjisi tez-tez sönür. Bununla əlaqədar yerli sahibkarlar şəxsi generator alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi