Britaniya kral ailəsinin baş mühafizəçisi zorakılığa görə həbs edilib

Britaniya kral ailəsinin baş mühafizəçisi zorakılığa görə həbs edilib Britaniyanın kral ailəsinin baş mühafizəçisi ötən ay həbs olunub.
Maraqlı
3 Sentyabr , 2019 06:43
Britaniya kral ailəsinin baş mühafizəçisi zorakılığa görə həbs edilib

Britaniyanın kral ailəsinin baş mühafizəçisi ötən ay həbs olunub.

"Report" xəbər verir ki, bu barədə "Daily Star" yazıb.

Qeyd edilir ki, o, zorlamada şübhəli bilinir. Nəşr həmin şəxsin adını açıqlamayıb. Lakin onun kral ailəsinin təhlükəsizliyinə görə cavabdehlik daşıdığı bildirilir.

Məlumata görə, mühafizəçi hansısa qadının evində polis tərəfindən saxlanılıb. Asayiş keşikçilərini ünvana da həmin qadın çağırıb. O, hücuma məruz qaldığını bildirib.

Avqustun 22-də mühafizəçi girov müqabilində müvəqqəti sərbəst buraxılıb, ancaq o xidmətdən kənarlaşdırılıb. Lakin araşdırma davam edir.

Məlumata görə, kral ailəsi hadisədən şoka düşüb.

Son xəbərlər

Orphus sistemi