Yuxarı

Britaniyanın 102 yaşlı əkiz sakinləri uzunömürlülüyün sirrini açıqlayıblar

Britaniyanın 102 yaşlı əkiz sakinləri uzunömürlülüyün sirrini açıqlayıblar

Bakı. 21 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın ən qoca sakinlərindən olan əkiz bacılar – Fillis Consİren Kamp 102 yaşlarını qeyd edərək uzunömürlülüyün sirrini bölüşüblər.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazır.

Bacılar bildiriblər ki, onlar çoxlu balıq yeyiblər və alkoqollu içkilər qəbul ediblər. Lakin içkinin miqdarı iki badədən artıq olmayıb.

Bununla yanaşı, onllardan heç biri artritdən – oynaq xəstəliyindən əziyyət çəkmir. Bacıların hər ikisində qan təzyiqi normaldır.

Hazırda bacılar Vusterşi qraflığının Storport-on-Severn şəhərində yaşayırlar. 1916-cı ildə dünyaya gələn əkizlər 4 monarxın, 20 baş nazirin hakimiyyətinə və İki Dünya Müharibəsinə şahidlik ediblər.

Fillis bir qədər böyük sayılır – o, İrendən 25 dəqiqə tez doğulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi