Yuxarı
    Bağlamaq

    ​Britaniyalılar yeməyə gün ərzində 41 dəqiqə sərf edirlər

    Respondentlərin 16 faizi səhər yeməyini iş masası arxasında qəbul edir

    Bakı. 27 fevral. REPORT.AZ/ Orta statistik britaniyalı gün ərzində səhər, günorta və axşam yeməklərinə ümumilikdə 41 dəqiqə sərf edir.

    "Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "The Daily Mail" nəşri yazıb.

    Birləşmiş Krallıq sakinlərinin 1/3-i etiraf edir ki, işdə olduqca məşğul olması səbəbindən yeməyini tez yeyir.

    Respondentlərin 16 faizi səhər yeməyini, 30 faizi isə günorta yeməyini iş masası arxasında yeyir. Britaniyalıların 4 faizi işdə şam edir.

    Səhər yeməyinə orta hesabla 8 dəqiqə, nahara 13 dəqiqə 45 saniyə, şama isə 19 dəqiqə 27 saniyə sərf olunur.

    Sorğuda 2 min nəfər iştirak edib. Daha çox 24-44 yaş aralığında olanlar yeməyə tələsirlər. Onlar səhər yeməyinə 6 dəqiqə 35 saniyə, nahara 12 dəqiqə 15 saniyə, şam yeməyinə isə 17 dəqiqə 24 saniya vaxt ayırırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi