Britaniyalı ən qoca kişi kimi Ginnesin “Rekordlar”ına düşdü - FOTO - VİDEO

Britaniyalı ən qoca kişi kimi Ginnesin “Rekordlar”ına düşdü - FOTO - VİDEO Britaniyalı Robert Ueyton dünyada ən qoca kişi kimi tanınıb.
Maraqlı
1 Aprel , 2020 03:33
Britaniyalı ən qoca kişi kimi Ginnesin “Rekordlar”ına düşdü - FOTO - VİDEO

Britaniyalı Robert Ueyton dünyada ən qoca kişi kimi tanınıb.

Bu barədə “Report” Ginnesin “Rekordlar” kitabının saytına istinadən xəbər verir.

Qeyd edilir ki, Ueyton martın 29-da 112 yaşını qeyd edib. O, uşaqlıq illərində qızılca, göyöskürək kimi xəstəliklər keçirib, "ispan" epidemiyasını və iki Dünya müharibəsinin şahidi olub.

Habelə bir neçə dəfə cərrahi əməliyyat olunub. 

Ueyton Böyük Britaniyaya köçənə qədər Kanadada və Tayvanda yaşayıb. O, ixtisasca mühəndis olub, İkinci Dünya müharibəsi zamanı Britaniya imperiyası üçün təyyarələr istehsal edən fabrikdə işləyib. 

Ueyton indi oyuncaq dəyirmanlar hazırlayaraq, təxminən 50 ABŞ dollarına satır, qazandığı pulları isə xeyriyyəçilik məqsədləri üçün xərcləyir.

Yer kürəsinin ən qoca kişisi titulu ona yapon Titesu Vatanabedən keçib. Yaponiyanın ən qoca sakini fevralın 23-də 112 yaş 355 günlük olarkən ölüb.

Bu gün dünyada ən qoca insan isə 116 yaşlı yapon Kane Tanakadır.

Son xəbərlər

Orphus sistemi