Yuxarı

Britaniya sakini lotereyada 190 milyon avro udub

​Britaniyalı lotereyada ölkə üçün rekord məbləğdə pul udub

Böyük Britaniya sakini "EuroMillions" lotereyasında 170 milyon funt (190 milyon avro) udub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bununla da o, ölkədə ən böyük jekpota sahibi olub.

Qalib beş əsas nömrə və iki "xoşbəxt ulduz"u tapmağa nail olub.

Əvvəlki rekord 2011-ci ildə qeydə alınıb. Həmin vaxt Şotlandiyadan olan cütlük 161 milyon funt udub.

"EuroMillions"-un birinci lotereya oyunu 2004-cü ilin 13 fevralında üç ölkədə - Fransa, İspaniya və Böyük Britaniyada keçirilib.

2004-cü ilin oktyabrında lotereyaya daha altı ölkə - Lüksemburq, Belçika, İsveçrə, Portuqal, İrlandiya və Avstriya qoşulub. Uduşlara yalnız İsveçrədə vergi rüsumu tutulur.

Bir lotereya biletinin qiyməti 2,5 avrodur. Lotereya oyunçularının sayı təxminən 200 milyon nəfərdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi