Yuxarı
    Bağlamaq

    Britaniyalı avarçəkən Sakit okeanı ilk dəfə diaqonal üzrə keçib

    Bakı. 27 dekabr. REPORT.AZ/ Britaniyalı Con Biden dünyada ilk dəfə Şimali Amerikadan Avstraliyaya doğru Sakit okeanı diaqonal üzrə qət edib.Report...

    Bakı. 27 dekabr. REPORT.AZ/ Britaniyalı Con Biden dünyada ilk dəfə Şimali Amerikadan Avstraliyaya doğru Sakit okeanı diaqonal üzrə qət edib.

    "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, 53 yaşlı Biden iyunun 1-də San Fransiskodan yola çıxaraq gündə 15 saat avar çəkib və 209 gün sonra 7400 mil məsafə qət edərək Avstraliyanın Kerns bölgəsinə çatıb.

    O, bildirib ki, həftələr öncə Avstraliyanın şimal-şərqinə çatmağı planlaşdırıb, lakin pis hava şəraiti buna mane olub. 

    "Bu miqyasda səyahəti başa vurmuş ilk adam olmaq inanılmazdır və mən hələ də buna inanmıram", - deyə o söyləyib.

    Əslən İngiltərənin Şeffild şəhərindən olan Biden Kanadada yaşayır.

    Biden 4 il öncə oxşar səyahəti Anlantik okeanında həyata keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi