​Britaniyada siqaret şəkilsiz qutularda satıla bilər

​Britaniyada siqaret şəkilsiz qutularda satıla bilər Qeyd olunur ki, 2013-cü ildə Kemeron bu təşəbbüsə qarşı çıxıb
Maraqlı
22 Yanvar , 2015 02:49
​Britaniyada siqaret şəkilsiz qutularda satıla bilər

Bakı. 22 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Devid Kemeron tütün məmulatlarının şəkilsiz qutularda satılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Qeyd olunur ki, 2013-cü ildə Kemeron bu təşəbbüsə qarşı çıxıb. Çünki onun fikrincə, bu tədbirin siqaret çəkməklə mübarizədə səmərəliliyi sübut olunmayıb.

Lakin Britaniyanın səhiyyə naziri Ceyn Ellison fəallar tərəfindən dəstəklənən qanun layihəsinin müzakirəyə çıxarılmasını təkid edib.

2014-cü ildə Britaniyada siqaret çəkmək ilə bağlı yaranan xəstəliklər 100 mindən çox insanın ölümünə səbəb olub.

Son xəbərlər

Orphus sistemi