Britaniyada yaxşı davranan məhbuslara həbsxana kameralarının açarları veriləcək

Britaniyada yaxşı davranan məhbuslara həbsxana kameralarının açarları veriləcək Britaniya hakimiyyəti məhbusları yaxşı davranmaları üçün həvəsləndirməyə qərar verib.
Maraqlı
15 İyul , 2019 06:53
Britaniyada yaxşı davranan məhbuslara həbsxana kameralarının açarları veriləcək

Britaniya hakimiyyəti məhbusları yaxşı davranmaları üçün həvəsləndirməyə qərar verib.

"Report" xəbər verir ki, bu barədə krallığın Ədliyyə Nazirliyinə istinadən "The Guardian" yazıb.

Qeyd edilir ki, xüsusi hallarda həbsxanaların rəhbərliyi məhkumlara onların kameralarının açarlarını verəcəklər. Həmçinin məhbuslar nümunəvi davranışlarına görə mükafat kimi daha uzun müddətli görüşlərə buraxılacaqlar

Azadlıqdan məhrum edilənlər habelə özləri üçün sərbəst yemək hazırlığı, idman zalına daha çox baş çəkmək, həmçinin duş qəbul etmək vaxtını seçmək imkanı əldə edəcəklər.

Bəzilərinə həmçinin onlar istədikləri vaxt kameraların qapılarını bağlamağa icazə verilə bilər.

Son xəbərlər

Orphus sistemi