Yuxarı

Britaniya şahzadəsi Harri yetim uşaqları Santa-Klaus kostyumunda təbrik edib - FOTO - VİDEO

Britaniya şahzadəsi Harri Santa-Klaus kostyumunda yetim uşaqları təbri

Britaniya şahzadəsi Harri Santa Klaus paltarında yetim uşaqları Milad bayramı münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" bildirib.

Qeyd edilir ki, şahzadə valideynləri Böyük Britaniya ordusunda xidmət etmiş azyaşlıları sevindirib.

"Sizin qarşıda sehrli gələcəyiniz və Milad nağılınız var", - o uşaqlara deyib.

Hersoq videomüraciətində qeyd edib ki, ölkə heç vaxt uşaqları unutmayacaq. Onların qohumu heç vaxt yaddan çıxmayacaq.

Şahzadə həmçinin uşaqları onların böyük bir ailənin, azyaşlıları həmişə dəstəkləyəcək cəmiyyətin bir hissəsi olmalarını anlamağa çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi