Yuxarı
    Bağlamaq

    Braziliyada kişi 22 ildir qum qalasında yaşayır - FOTO

    © AFP

    Bakı. 22 yanvar. REPORT.AZ/ Braziliyada kişi 22 ildir qumdan hazırladığı qalada yaşayır.

    "Report" "The Mirror"a istinadən xəbər verir ki, daha çox "Kral Marsio" kimi tanınan 44 yaşlı Marsio Mitsael Matolias (Marcio Mizael Matolias) qalanı özü "təmir edir" və daim onu nəzarətdə saxlayır. O, qala ilə bağlı işlərdən boş vaxtı olanda kitab oxuyur, balıq tutur və qolf oynayır.

    Üç kvadratmetr sahəyə malik evin içərisi tamamilə kitablarla doludur.

    "İnsanlar dəniz görünüşlü ev almaq üçün böyük pul xərcləyir. Mən isə mənzilə görə heç nə ödəmirəm və əla yaşayıram", - M.M.Matolias bildirib.

    Onun sözlərinə görə, evinin yalnız bir mənfi cəhəti var: qum istiliyi saxladığından gecələr içəri çox isti olur. Buna görə də Marsio bəzən gecəni dostunun evində keçirməli olur.

    O etiraf edir ki, bütün həyatı boyu çimərliklərdə yaşayıb. Matolias həmçinin yanında tac və hökmdar əsası saxlayır və mülkünün fonunda turistlərlə şəkil çəkdirməyi xoşlayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi