Yuxarı

Braziliya polisi narkotik alverçilərinin tutuquşusunu saxlayıb - FOTO - VİDEO

Braziliya polisi tutuquşunu saxlayıb

Braziliya polisi yerli narkotik alverçilərinin öyrətdiyi tutuquşunu saxlayıb.

Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.

Bildirilir ki, polislər narkotik alverçilərinin tutulması ilə bağlı reyd keçiriblər. Asayiş keşikçiləri narkotik alverçilərinin evinə yaxınlaşdıqda, quş "Ana, polis!", – deyə qışqırıb.

Polis əməkdaşları güman edirlər ki, tutuquşu qanun qoruyucularının yaxınlaşması haqqında xəbərdarlıq etmək üçün xüsusi olaraq öyrədilib. Quşun saxlanılmasından sonra onun yanından bir çox polis əməkdaşları keçib. Amma tutuquşu bu zaman hər hansı səs çıxarmayıb. Baytar da həmçinin təsdiq edib ki, quş daha əvvəl hər hansı təlim görməyib.

Tutuquşu heyvanat parkına göndəriləcək və üç ay orada qalacaq. Parkda ona uçmağı öyrədəcəklər, sonra isə quş azadlığa buraxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi