Yuxarı

​Böyük Britaniyada sabiq baş nazirin vəsiyyəti dərc edildi

Sözügedən sənədlə tanış olmaq üçün xidmət haqqı olaraq 16 dollar tələb olunur

Bakı. 28 dekabr. REPORT.AZ/ Böyük Britaniya Milli Arxiv İdarəsi öz rəsmi saytında təxminən 41 milyon vəsiyyətnamə dərc edib. Bunların arasında krallığın Sabiq baş nazir Uinston Çörçillin, yazıçı Alan Milnenin və Şahzadə Diananın da vəsiyyətnamələri var.

"Report" un məlumatına görə, saytda vəsiyyətnamələrlə tanış olmaqla yanaşı, həmçinin sənədin rəqəmli surətini yükləmək imkanı təklif olunur. Sözügedən sənədin hazırlanması üçün on gün vaxt və xidmət haqqı olaraq 16 dollar tələb olunur.

Onlayn-arxiv minlərlə britaniya sakininə itkin düşmüş qohumlarını tapmaq və öz ailəsinin tarixini izləmək imkanı yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi