Böyük Britaniya kraliçasının həyat yoldaşı işdən uzaqlaşacaq

Böyük Britaniya kraliçasının həyat yoldaşı işdən uzaqlaşacaq Qərarı şahzadə Filippin özü qəbul edib və II Yelizaveta həyat yoldaşını dəstəkləyib
Maraqlı
4 May , 2017 14:22
Böyük Britaniya kraliçasının həyat yoldaşı işdən uzaqlaşacaq
Getty

Bakı. 4 may. REPORT.AZ/ Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı Edinburq hersoqu Filipp payızdan etibarən kral vəzifəsini yerinə yetirməyəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, qərarı şahzadə Filippin özü qəbul edib və kraliça həyat yoldaşını dəstəkləyib.

Qeyd edək ki, iyun ayında Edinburq hersoqunun 96 yaşı olacaq.

Sarayın rəsmi bəyanatında şahzadənin avqust ayına qədər əvvəlcədən müəyyən olunmuş qrafik üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcəyi göstərilib. O, yeni dəvəti qəbul etməyəcək, amma ara-sıra müəyyən ictimai tədbirlərə qatılacaq.

Son xəbərlər

Orphus sistemi