Yuxarı
    Bağlamaq

    ​BMW su injektorlu mühərrikə malik M4 GTS modelini hazırlayıb - FOTO

    Şirkətin M4 GTS modelindən yalnız 700 ədəd istehsal edəcəyinə baxmayaraq, onların 300 ədədi artıq Amerika bazarı üçün nəzərdə tutulub

    Bakı. 7 oktyabr. REPORT.AZ/ BMW su injektorlu mühərrikə malik M4 GTS modelini hazırlayıb. 

    "Report" xəbər verir ki, avtomobil Almaniya markasının M4 modelinin idman maşını versiyasına oxşamasına baxmayaraq, əslində, bir az fərqlidir.

    BMW mühəndislərinin peşəkarlığı sayəsində 3.0 litr həcmli altı silindrli tvin turbo mühərrikini ilk dəfə olaraq su injektoru ilə təchiz etmək mümkün olub. Bu isə öz növbəsində M4 GTS mühərrikinin gücünü 16%, fırlanma anını isə 10% artırıb.

    BMW M4 GTS standart M4 modelindən 16 kiloqram yüngüldür. Bu isə onu göstərir ki, avtomobilin xalis çəkisi 1 584 kiloqramdır.

    493 at gücünə malik olan avtomobil 3.7 saniyəyə 100 km/saat sürət yığır. Maksimal sürəti isə 305 km/saatdır.

    Şirkətin dizaynerləri avtomobilin xarici görünüşünə də bəzi əlavələr ediblər. Hazırda M4 GTS kupe daha müasir və aqressiv görünüşə malikdir.

    BMW şirkətinin M4 GTS modelindən yalnız 700 ədəd istehsal edəcəyinə baxmayaraq, onların 300 ədədi artıq Amerika bazarı üçün nəzərdə tutulub. Bu səbəbdən BMW M4 GTS modelini əldə etmək çox çətin olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi