Yuxarı

BMT: Yer kürəsi əhalisinin yarıdan çoxu internetdən istifadə etmir

BMT: Yer kürəsi əhalisinin yarıdan çoxu internetdən istifadə etmir
3,9 milyard insan oflayn qalır

Bakı. 23 noyabr. REPORT.AZ/ İnternetin sürətli inkişafına baxmayaraq Yer kürəsi əhalisinin yarıdan çoxu - 3,9 milyard insan bu resursdan istifadə etmir.

"Report" xəbər verir ki, bu məlumat BMT-ın ixtisaslaşdırılmış müəssisəsi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (MSE) Cenevrədə dərc edilmiş illik məruzəsində qeyd edilib.

Məlumatda qeyd olunur ki, mobil genişzolaqlı internet texniki olaraq indi Yer kürəsinin 84 faiz sakini üçün əlçatandır. "Amma həqiqətdə yalnız 47 faiz istifadəçi bundan istifadə edir" – deyə "İnformasiya cəmiyyətinin ölçüsü" adlı tədqiqatda qeyd edilir.

"Yüksək qiymətlər, xidmətlərin aşağı keyfiyyəti və başqa baryerlər insanların daha böyük hissəsinin rəqəmli dünyaya girşii üçün ciddi maneə təşkil edir", - deyə MSE ekspertləri qeyd edirlər. 

Mütəxəssislər vurğulayırlar ki, 3,9 milyard insan oflayn qalır və onların arasında qadınlar, yaşlılar, təhsili zəif olanlar və gəliri az olan insanlar, kənd sakinləri üstünlük təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi