Yuxarı

BMT-nin baş katibi Konçita ilə görüşüb

P.Mun LGBT nümayəndələrinə qarşı diskriminasiyanın əleyhinə olduğunu bildirib

Bakı. 4 noyabr. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Avroviziya-2014 mahnı müsabiqəsinin qalibi olan avstriyalı müğənni Konçita Vurst ilə görüşüb. "Report" BMT-nin informasiya mərkəzinə istinadən xəbər verir ki, görüşdə P.Mun LGBT nümayəndələrinə qarşı diskriminasiyanın əleyhinə olduğunu bildirib.

Onun sözlərinə görə, K.Vurstun fəaliyyəti "gender eyniliyi haqqında bütün stereotip təsəvvürləri məhv edir". 

Pan Gi Mun müğənninin öz fikirlərini geniş auditoriyaya çatdırmaq üçün istedadı və Avroviziya platformasını istifadə etdiyinə görə məmnun olduğunu bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi