Yuxarı

BMT-nin Baş katibi qadınlara qarşı zorakılığa son qoymağa çağırıb

Baş katib dünya ictimaiyyətini qadınlara qarşı diskriminasiya hallarını aradan qaldırmaq üçün birləşməyə çağırıb

Bakı. 8 mart. REPORT.AZ/ Dünyanın müxtəlif hissələrində, Nigeriyadan Somaliyə, Suriyadan İraqa qədər ekstremistlərin qadınlara qarşı məqsədyönlü hücumlarına lazımi cavab verilməlidir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər BMT-nin Baş katibi Pan Gi Munun 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı yaydığı bəyanatında yer alıb. Baş katib dünya ictimaiyyətini qadınlara qarşı zorakılıq və diskriminasiya hallarını aradan qaldırmaq üçün birləşməyə çağırıb.

Bəyanatda qeyd olunur ki, təhsil almaq hüququnu reallaşdırmağa cəhd edən qadınlar hücumlara məruz qalır, həkim qadınlar öz vəzifə borclarının yerinə yetirdikləri üçün öldürülürlər. Baş katib vurğulayıb ki, bu gün dünyada hətta münaqişələr olmayan ölkələrdə qadınlar məişət zorakılığı ilə üzləşir. “Biz qadınların siyasət, biznes və digər sahələrdə rolunu artırmalıyıq. Biz xüsusən kişilərin bu məsələlərə baxışını dəyişməli, onların özlərini dəyişikliklər mübarizinə çevrilməsinə çalışmalıyıq”, - deyə bəyanatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi