Yuxarı
    Bağlamaq

    Niderland Belçikaya 3 hektar torpaq verib, əvəzində 16 hektar ərazi alacaq

    İki ölkə sərhədlərin sadələşməsi üçün torpaq sahələrini dəyişəcək

    Bakı. 1 dekabr. REPORT.AZ/ Belçika və Niderland öz aralarındakı sərhədləri sadələşdirmək üçün Maas çayı boyunca yerləşən torpaq sahələrinin dəyişilməsi barədə razılığa gəliblər.

    "Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat verib.

    Nəşrin məlumatına görə, dövlətlər bir-birinə kiçik torpaq sahələrini güzəşt edəcək. Lakin bu, qeyri-bərabər bu mübadilə olacaq. Belə ki, Niderland qarşı tərəfə 3 hektar torpaq verəcək. Əvəzində isə qarşı tərəfdən 16 hektar torpaq sahəsi alacaq.

    Dəyişikliklər 2018-ci ildə, xarici işlər nazirləri tərəfindən imzalanmış müqavilənin hər iki ölkənin parlamentləri tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minəcək.

    Qeyd edək ki, hər iki ölkənin xarici işlər nazirlikləri noyabrın 28-də bununla bağlı razılığa gələrək müvafiq sənəd imzalayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi