BBC Məhəmməd peyğəmbərin təsvirlərinin yayınlanmasına dair qadağaya yenidən baxır

BBC Məhəmməd peyğəmbərin təsvirlərinin yayınlanmasına dair qadağaya yenidən baxır BBC ilk dəfə olaraq “Charlie Hebdo” jurnalının karikaturasını efirə verib
Maraqlı
12 Yanvar , 2015 05:26
BBC Məhəmməd peyğəmbərin təsvirlərinin yayınlanmasına dair qadağaya yenidən baxır

Bakı. 12 yanvar. REPORT.AZ/ Britaniyanın ictimai radioteleviziya yayımçısı BBC Məhəmməd peyğəmbərin təsvirlərinin yayınlanmasına dair daxili qaydalarına yenidən baxır.

"Report"un Azadlıq Radiosuna istinadla verdiyi xəbərə görə, BBC-nin tanınmış aparıcılarından David Dimbleby həftəlik “Question Time” proqramında bildirmişdi ki, Məhəmməd peyğəmbərin hər hansı təsvirlərinin yayınlanmaması korporasiyanın siyasətidir. O hətta efirə BBC-nin redaksiya qaydalarından müvafiq maddəni də oxumuşdu.

Bu bəyanatın Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasında törədilmiş qətliamla eyni vaxta təsadüf etməsi tamaşaçıların hiddətinə səbəb olub.

Bundan sonra BBC elan edib ki, sözü gedən qadağa ləğv olunub. BBC sözçüsü deyib: “Bu qaydalar köhnəlib və proqram hazırlayanların redaktə seçimin azadlığına dair BBC-nin mövqeyini əks etdirmir”.

Qeyd edək ki, ötən gün BBC ilk dəfə olaraq “Charlie Hebdo”ya hücum barədə xəbəri efirə verərkən jurnalın üz qabığını və üz qabıqdakı karikaturanı da efirə verib.

Son xəbərlər

Orphus sistemi