Batumidə keçiriləcək festivalda 100 cütlük eyni vaxtda evlənəcək

Batumidə keçiriləcək festivalda 100 cütlük eyni vaxtda evlənəcək Tbilisi. 17 aprel. REPORT.AZ/ Batumidə keçiriləcək mərasimdə dünyanın müxtəlif ölkələrindən olan 100 cütlük eyni vaxtda evlənəcək.
Maraqlı
17 Aprel , 2018 14:45
Batumidə keçiriləcək festivalda 100 cütlük eyni vaxtda evlənəcək

Tbilisi. 17 aprel. REPORT.AZ/ Batumidə keçiriləcək mərasimdə dünyanın müxtəlif ölkələrindən olan 100 cütlük eyni vaxtda evlənəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, toy mərasimi “Mənim böyük gürcü toyum” adlı festival çərçivəsində keçiriləcək.

Mərasim sentyabrın 14-dən 17-dək “Geo Stumari” turizm kompaniyası tərəfindən təşkil olunacaq. Təşkilatçıların sözlərinə görə, evlənəcək cütlüklər ömür boyu toylarını xatırlayacaqlar.

“Mənim böyük gürcü toyum” festivalı qapalı olacaq və üç gün davam edəcək tədbirdə yalnız evlənəcək 100 cütlüyün və xüsusi dəvət olunmuş qonaqların iştirakı nəzərdə tutulub. Bəy və gəlinin nikah mərasimi Batumi Botanika Bağında baş tutacaq.

Dünyanın estrada ulduzları mərasimdə çıxış edəcəklər.

Festivalın əsas hissəsi Çakvi kurort qəsəbəsindəki “Dreamland Oasis Hotel”də keçiriləcək.

Festivalda iştirak etmək üçün biletlərin qiyməti 3000 - 6,500 dollar arasında dəyişir. Təşkilatçıların sözlərinə görə, bu rəqəm aprelin 30-dək olan bilet satışları üçün keçərlidir. Sonra satılacaq biletlər daha bahalı olacaq.

Son xəbərlər

Orphus sistemi