​Barak Obama təyyarədən düşərkən büdrəyib

​Barak Obama təyyarədən düşərkən büdrəyib Amerika liderinin trap üzərində ayağı qaçıb
Maraqlı
31 Mart , 2015 05:44
​Barak Obama təyyarədən düşərkən büdrəyib

Bakı. 31 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Vaşinqtonda təyyarədən çıxarkən az qala trapdan yıxılacaqmış.

"Report" xəbər verir ki, Amerika lideri təyyarənin trapı ilə düşərkən ayağı qaçıb, lakin o, cəld məhəccərdən tutaraq tarazlığını saxlaya bilib.

Kiçik insidentdən sonra prezident aşağı enib. O, qolf oynamaq üçün getdiyi Floridadan qayıdırmış.

Son xəbərlər

Orphus sistemi