​Bakıda pişiyi xilas etmək istəyən şəxs özü çətin vəziyyətə düşüb

​Bakıda pişiyi xilas etmək istəyən şəxs özü çətin vəziyyətə düşüb Bakı. 31 yanvar. REPORT.AZ/ Bakının Səbail rayonu ərazisində maraqlı hadisə baş verib."Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər v...
Maraqlı
31 Yanvar , 2015 22:11
​Bakıda pişiyi xilas etmək istəyən şəxs özü çətin vəziyyətə düşüb

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakının Səbail rayonu ərazisində maraqlı hadisə baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1 nəfər eyvanda sıxılmış vəziyyətdə qalan pişiyini xilas etmək istəyərkən köməksiz vəziyyətə düşüb.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanına nərdivan vasitəsilə qalxaraq vətəndaşın xilas olunmasını təmin ediblər. 

Son xəbərlər

Orphus sistemi