Bakı-Xarkov sərnişin qatarında körpə dünyaya gəlib - FOTO

Bakı-Xarkov sərnişin qatarında körpə dünyaya gəlib - FOTO Körpə qatar Volqoqrad stansiyasına yaxınlaşarkən doğulub
Maraqlı
30 İyun , 2016 18:27
Bakı-Xarkov sərnişin qatarında körpə dünyaya gəlib - FOTO

Bakı. 30 iyun. REPORT.AZ/ Bakıdan yola düşən 449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarında körpə dünyaya gəlib. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə,  qatar Volqoqrad stansiyasına yaxınlaşarkən, qatar rəisi İlhamə Bağırova , 5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova və Şeyda Fətəliyeva vaqonun sərnişini, hamilə qadın Alina Veşeteçkanın ağrılarının kəskinləşdiyini görüb ona ilkin yardım göstəriblər. Qadının bir oğlan övladı dünyaya gəlib. 

"Volqoqrad stansiyasında “Təcili yardım” çağırılıb, övladı dünyaya gələn sərnişin A. Veşeteçka xəstəxanaya aparılıb. “Təcili yardım” briqadası göstərdikləri fədakarlığa görə Azərbaycan dəmiryolçularına öz minnətdarlığını bildiriblər", - deyə N. Əzməmmədov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi