Yuxarı

Bakı əcnəbi işçilər üçün ucuz şəhərlərdən biridir

Əcnəbi işçilərin yaşaması üçün ən bahalı şəhərlər Honkonq, Luanda, Sürixdir

Bakı. 22 iyun. REPORT.AZ/ Bakı əcnəbi işçilərin yaşayışı üçün ən bahalı şəhərlər siyahısında 172-ci yeri tutub.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "Mercer" analitik şirkətinin illik reytinqində məlumat verilib.

Reytinqin tərtib edilməsi üçün dünya üzrə 209 şəhərdə mənzil, nəqliyyat, qida, geyim və əyləncə xərcləri araşdırılıb və müqayisə edilib.

Reytinqinə əsasən, əcnəbi işçilərin yaşaması üçün ən bahalı şəhərlər Honkonq (Çin), Luanda (Anqola), Sürixdir (İsveçrə).

Regionun şəhərləri arasında Yerevan 189-cu, Tbilisi 198-cidir.

Əcnəbi işçilərin yaşaması üçün ən ucuz şəhərlər isə Bişkek (Qırğızıstan), Keyptaun (Cənubi Afrika), Vindhukdur (Namibiya).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi