​Azərbaycanlı pəhləvan "KamAZ" yük avtomobilini öz saçları ilə çəkərək aparıb - VİDEO

​Azərbaycanlı pəhləvan "KamAZ" yük avtomobilini öz saçları ilə çəkərək aparıb - VİDEO Nijnevartovsk şəhərində tamaşaçıların gözü önündə Əmir Balakənli üstündə adam oturmuş stulu dişləri ilə qaldırıb
Maraqlı
15 Sentyabr , 2015 15:15
​Azərbaycanlı pəhləvan KamAZ yük avtomobilini öz saçları ilə çəkərək aparıb - VİDEO

Bakı. 15 sentyabr. REPORT.AZ/ Nijnevartovsk şəhərində əslən Azərbaycandan olan pəhləvan güc şousu nümayiş etdirib. Bu barədə "Report" yerli KİV-lərə istinadən xəbər verir.

Artıq 17 ildir ki, azərbaycanlı pəhləvan Əmir Balakənli mismarlara düyün atır, alov udur, bıçaqların itiliyini bədənində yoxlayır.

Nijnevartovsk şəhərində tamaşaçıların gözü önündə Əmir Balakənli üstündə adam oturmuş stulu dişləri ilə qaldırıb və "KamAZ" yük avtomobilini öz saçları ilə çəkərək aparıb.

Lakin şou təşkilatçıları pəhləvanın xahişlərinə baxmayaraq, onun üstündən "Jeep" avtomobili ilə keçməkdən imtina edib.

Əmirin 40 yaşı var. Əvvəllər o, sirk truppası ilə keçmiş sovet məkanında tamaşalarda çıxış edib və indi solo turu təşkil etmək qərarına gəlib. 

Son xəbərlər

Orphus sistemi